Haqqımızda

Profil.az şəbəkəsi müxtəlif peşə sahiblərinin axtarışı və onların xidmətlərindən istifadə etmək üçün yaradılıb. Profil.az ölkədə müxtəlif sahələrdə çalışan, xidmətlər göstərən peşəkarları bir araya toplayıb.

Profil.az peşəkarlar şəbəkəsidir. Saytda asanlıqla qeydiyyatdan keçərək öz sahəniz üzrə profilinizi yarada bilər və xidmətlərinizi istifadəçilərə təqdim edə bilərsiniz. Bacarıqlarınız üzrə axtarış verən insanlar sizi rahatlıqla tapa biləcəklər.

Öz sahələrinin mütəxəssisləri peşəkar bacarıqlarını, göstərdiyi xidmətləri saytda yaratdıqları profildə qeyd etməklə onların xidmətlərində maraqlı olan istifadəçiləri seçim etməyə sövq edirlər. Sayt müxtəlif ixtisas və bacarıqlara malik olan şəxsləri bir çətir altında birləşdirir və istifadəçilərə onları seçməkdə yardımçı olur.

İstifadəçilər sayta daxil olaraq axtadığı peşə sahibini birbaşa tapa bilir. Onların profilini diqqətlə gözdən keçirir, haqlarında yazılmış şərhləri oxuyur, peşəkara verilən qiymətlə tanış olur və seçim edir.

Nə üçün Profil.az?

Profil.az şəbəkəsində qeydiyyat və seçim imkanları tamamilə ödənişsizdir. Siz saytda axtarış etməklə səriştəli peşəkarı tapmış olursunuz. Bu zaman sizinlə axtardığınız şəxs arasında vasitəçi olmur və siz bu vasitəçiliyə görə üçüncü şəxslərə ödəniş etmirsiniz. Siz axtardığınız şəxslə birbaşa əlaqə qurur və beləliklə də əlavə ödənişlərdə qənaət etmiş olursunuz.

Saytda profilini yaradan peşəkar da heç bir ödəniş etmədən özü və göstədiyi xidmət haqqında məlumatları geniş auditoriyaya çatdıra bilir. Buna görə xidmət haqqı ödəmir, müştəri onu özü tapır. Profil.az istifadəçiləri peşəkarın göstərdiyi xidmət barədə öz şərhlərini saytda və sosial şəbəkələrdə yerləşdirir və beləliklə də informasiya daha geniş kütləyə yayılır.

Keçmişdə bir-birimizə verdiyimiz populyar suallar – “Yaxşı diş həkimi axtarıram“, “Məsləhətli santexnik tanımırsan?“ artıq tarixə qovuşacaq. Kimə axtarırıqsa Profil.az şəbəkəsində tapa biləcək və peşəkarların işindən faydalanacağıq. Axtardığımız şəxslərlə bağlı istifadəçilərin qeydlərini oxuyub kimə seçmək barədə qənaət gələcək, daha dostumuzun bizə verdiyi məsləhəti (məs, filan avtomobil ustası əladır) deyil, konkret olaraq onlarla istifadəçinin real təcrübəsi nəticəsində yazılan şərhləri götür-qoy edib seçim edəcəyik.

 
Üstünlüklər

İşçi axtarmaqla (Profilə baxmaqla)

- Axtardığın peşəkarı tap

- Onun xidmətindən yararlan

- Xidmət barədə şərh yaz və dostlarınla paylaş

- Özünə xidmətlə büdcənə qənaət et

- Onlarla profildən birini seç

- Şərhləri oxu, seçim et

- Axtarışda öndə ol

- İstifadəçilərdən yüksək qiymət al

İş axtarmaqla (Profil yaratmaqla)

- Əlavə iş imkanı

- Bacarığını göstərmək

- Özünü tanıtmaq

- Əlavə qazanc imkanı