Hüquqi xəbərdarlıq

Profil.az şəbəkəsinin istifadəçiləri bu saytı istifadə etməyə başladığı andan etibarən aşağıdakı qaydaları anlamış və qəbul etmiş sayılırlar.

  1. Profil.az şəbəkəsi (bundan sonra Sayt) müxtəlif sahədə mütəxəssisləri, iş və xidmətini ödəmə etmədən tanıtmaq üçün yaradılıb. Saytın məzmunu və mütəxəssis tövsiyələri məlumat xarakterlidir. Ehtiyacınız olduqda saytın mütəxəssislərinə profildə qeyd olunan əlaqə vasitələrilə müraciət edə bilərsiniz.
  2. Mütəxəssislərə ünvanlanmış suallarınıza cavablar gecikə bilər. Bu cür halların yaranmaması üçün Sayt bütün səyləri göstərir. Bu zaman qarşı alınmaz gecikmələrə görə hüquqi məsuliyyəti yoxdur.
  3. Saytdakı məlumatların səhv başa düşülməsi və istifadə edilməsindən yaranan problemlərə görə Sayt məsuliyyət daşımır.
  4. Sayt Administrasiyası yazılan mesaj və ya məzmuna nəzarət edir. Administrasiyadan öncə uyğunsuz mesajla qarşılaşan istifadəçilər uyğunsuz gördüyü məzmundan və ya şərhlərdən adminləri xəbərdar etmə haqqına malikdirlər.
  5. Sayt məlumatların düzgünlüyünü və etibarlılığını, ehtiyaclarınızı tam və ya qismən olaraq qarşılayacağını, etibarlı və səhvsiz şəkildə təqdim edilmiş olduğunu və olacağını zəmanət vermir.
  6. Saytda digər saytlara keçidlər və yönləndirmələr ola bilər. Bu bağlantıların mövcudluğu, link verilən şəbəkə səhifələrinin məzmunlarına nəzarət edildiyini göstərmir. Bağlantı həmin saytlardakı məzmunu "olduğu kimi" təqdim edir. Sayt bağlantı verilən məzmuna görə məsuliyyət daşımır.
  7. Sayt istifadəçiləri tərəfindən yazılan şərhlərə görə məsuliyyət daşımır.