ads

Karyera

14 Noyabr

Teymur Rəcəbov - KARYERA

Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001-dən etibarən), köhnə vunderkind Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib. O, 2019-cu ilin oktyabrından etibarən reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya səviyyəsində 9-cu şahmatçıdır.

Profil.az xəbər verir ki, hal-hazırda Teymur Rəcəbovun da iştirak etdiyi milli şahmat yığmamız Avropa çempionatında qələbə qazanıb.

Qrossmeysterin qazandığı uğurlarının xronoloji ardıcıllıqla təqdim edirik:

- 1998-ci ildə Kasparov Kubokunun qalibi olub.

- 1999-cu ildə Yunanıstanda baş tutan 18 yaşa qədər gənclər arasında Avropa Çempionatının ən gənc iştirakçısı olan Teymur özündən 6 yaş böyük olan israilli şahmatçı Evgeni Postninin 2-ci olduğu bu turnirin qalibi ola bilmişdi.

- 2000-ci Budapeşt Şahmat Turnirində birinci yerə çıxmışdır.

- 2001-ci ildə Hələ 13 yaşında ikən 2483 reytinqli Rəcəbov Veyk-an-Zee turnirinin B sinfini +6−2 = 3 hesabı ilə ikinci pillədə başa vurdu. İlk sıradakı 2694 reytinqli Mixail Qureviç Teymurdan sadəcə 0,5 xal irəlidəydi və bu nəticəylə Veyk-an-Zee turniri A sinfinin gələn ilki müsabiqəsində iştirak etməyə layiq oldu.

- 2002-ci ildə Teymur Rəcəbov Yudit Polqardan sonra FİDE-nin Top 100 oyunçusu siyahısına daxil olmuş ikinci ən gənc oyunçudur. 2599 reytinqi ilə 2002-ci ilin yanvarında 14 yaşında ikən dünyada 93-cü sıradaydı. İyunda FİDE Moskva Qran Prisində sürətli oyunda İvançuk, Svidler, Belyavski və Akopyanu məğlub etsə də, finalda Kasparova ½–1½ hesabı ilə məğlub oldu.

-2003-cü ildə qara fiqurlarla 3 köhnə dünya şahmat çempionunu-Qarri Kasparov, Vişvanatan Anand, and Ruslan Ponomariovı məğlub edən Teymur tarixdə bunu bir il içində edən ilk şahmatçı oldu. Eynisini Hikaru Nakamura 2011-ci ildə Ponomariov, Anand and Vladimir Kramniki məğlub edərək təkrarladı.

Racəbovun Ponomariov üzərində qələbəsi Veyk-an-Zee turniridə gəldi və buradakı xalı + 3−3 = 7 olaraq hesablandı. Anandla isə Dortmundda qarşı qarşıya gəldi və burada turniri +2−2 = 6 ilə tamamladı. Linaresdə Kasparov üzərində qazanılan qələbə Rəcəbovun + 1−4 = 7 xalla bitirdiyi turnirdəki yeganə qələbəsi idi. Kasparov Rəcəbov məğlubiyyətindən öncə 5 turnir idi ki, məğlub olmurdu. Ağ rəngli daşlarla isə o, 7 il məğlubiyyət üzü görməmişdi və bu məğlubiyyətdən sonra da heç vaxt görməyəcəkdi. 2005-ci ildə verdiyi bir müsahibədə Teymur Rəcəbov Kasparovun Linares 2003-də məğlubiyyətindən sonra öz nüfuzundan onun top turnirlərə dəvət olunmaması üçün istifadə etdiyini iddia etdi.

- 2004-cü ildə Rəcəbov + 2−2 = 8 xalla bitirdiyi Linaresdə Qarri Kasparova qarşı iki heç-heçə edərək qalib Vladimir Kramnikdən bir xal gerisində Veselin Topalov ilə dördüncü yeri bölüşdü. FİDE Dünya Şahmat Çempionatında 2004-cü ildə yarı finala yüksəldi (bürünc medal qazandı).

- 2005-ci ildə Rəcəbov aprel ayında Drev və Azmayparaşvilini qabaqlayaraq Dos Hermanas kubokunu qazandı. İlin sonunda o, Karyakin, İvançuk və Aronyanın birlikdə üçüncü-beşinci yerləri bölüşdüyü Avropa çempionatını Nisipeanun arxasında ikinci olaraq tamamladı.

- 2006-ci ildə Fevralın 22-də Rəcəbov FİDE Dünya çempionu Veselin Topalovu (2801) qara daşlarla məğlub etdi və turniri + 4−2 = 8 hesabı ilə bitirərək Linares / Moreliada ikinci yeri tutdu.

Noyabr ayında Rəcəbov Cap d'Agde rapid turnirinin qalibi oldu. Dörddəbir və yarımfinalda Volokitin və Bakrota qarşı qalib gəldi və yarımfinalda Maqnus Karlseni məğlub edən Sergey Karyakini finalda məğlub etdi:1½–½.

Dekabr ayında Florensiyada (Toskana, İtaliya) Yaradıcılıq Festivalı zamanı Rəcəbov Turin Dünya Kompüter Şahmat Çempionatını qazanan şahmat maşını Dərin Cuniyora qarşı rapid oyunda məğlub oldu.

-2007-ci il Şahmat üzrə Milli Komandaların Avropa çempionatı
soldan sağa:Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov
Yanvar ayında Rəcəbov Veyk-an-Zee turnirinin 19 nömrəli kateqoriyasında Veselin Topalov və Levon Aronyan ilə birlikdə, Kramnik və Anandı qabaqlayaraq birinci yeri bölüşdü. Turnirdə o, beş qələbə, bir məğlubiyyət və yeddi heç-heçə etdi.

Eyni ildə kişilər üzrə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı.

Rəcəbov, həmçinin, 2007-ci ildə Linares turnirində oynamalı idi, lakin Meksikada bəzi əşyalarının qarət edilməsi səbəbiylə turniri tərk etdi. Onun yerinə Vasili İvançuk müsabiqədə iştirak etdi.

-2008-ci ildəYanvar ayında Rəcəbov Odessada ACP Rapid Kubokunun finalında Qrischuku 2½-1½ hesabı ilə məğlub edərək turnirin qalibi oldu. Elə həmin ay o, Veyk-an-Zee turnirində Dünya çempionu Vişvanatan Anandı məğlub edərək üçüncülüyü onunla bölüşdü (+ 3−1 = 9). Rəcəbov Linaresdə orta sıraları(+ 2−2 = 8), Bakıda məğlubiyyəti (+ 2−3 = 8), Sofiyada isə İvançuk və Topalovun arxasınca üçüncülüyü aldı(+2−1=7). Avqustda Soçidə Aronyanın gerisində turniri ikinci(+ 5−2 = 6) olaraq və Elistada isə birinciliyi bölüşərək(+ 4−1 =8) çox aktiv bir turnir ili keçirdi.

- 2009-ci ildə Veyk-an Zeedə qalib Sergey Karyakinin 0,5 xal gerisində Movsesyan və Aronyan ilə birlikdə ikinci yeri bölüşdü. Aroniyana qarşı turnirdə yeganə qələbəsini qazandıqdan sonra Linaresi beşinci pillədə bitirdi, iyun ayında Baznadakı turnirdə,sadəcə, Qata Kamskiyə qarşı bir dəfə qalib gəlsə də, turnir boyunca məğlub olmadı. Oktyabr ayında Rəcəbov Novi Sadda keçirilən Avropa Şahmat Çempionatında Azərbaycan komandasının qızıl medal qazanmasında böyük rol oynadı.

- 2010-ci ildə Rəcəbov may ayında Həştərxanda ikinci yeri bölüşdü, 2008–2010 FIDE Qran Prisində ikinci yeri qoruyaraq 2012 Dünya Şahmat Çempionatı namizədlər turnirinə vəsiqə qazandı. Növbəti ay Baznada Rəcəbov fərdi oyunlarında Boris Gelfandı məğlub etdikdən sonra onunla ikinci yeri bölüşdü. Radjabov 24/38 ilə Dünya Blitz Çempionatını ikinci pillədə bitirdi.

- 2011-ci ildə Kazandakı Namizədlərinin dörddəbir finalında, şahmat saatı ilə əlaqəli mübahisəli bir hadisədən sonra, Teymur Rəcəbov Vladimir Kramnikə məğlub oldu.

Rəcəbov 7 oktyabrda Avropa Şahmat Kuboku Çempionatında birinci lövhə kimi oynayaraq, 3019 xallıq möhtəşəm performansla SOCAR komandasına ikincilik gətirdi. Bir müddət sonra, elə həmin ay Porto Karrasda keçirilən Şahmat üzrə Avropa Komanda Çempionatında Azərbaycan komandasına gümüş medallar qazandırdı. Noyabrda 2781 xallıq nəticə ilə yeni zirvəyə çatdı.

- 2012-ci ildə Rəcəbov yanvar ayında Veyk-an-Zee turnirində yarışdı. Buraya dünya birincisi Maqnus Karlsen və dünya ikincisi Levon Aronyanla birgə çoxları daxil idi. Orta göstərici 2755 xal idi. Bu, 13 turdan ibarət hadisəni 21-ci kateqoriyaya çevirdi. Rəcəbov + 3−0=10 hesabı ilə qalib Levon Aronyandan bir xal geri qalan Maqnus Karlsen və Fabiano Karuanayla birgə ikinci yeri tutdu. Artıq ardıcıl olaraq 4-cü dəfə idi ki, o Veykdə ilk üçlükdə yer alırdı. Daha güclü Tal Memorialında (ortalama reytinqi 2776 bal olan 22-ci kateqoriya) qalib Karlsendən sonra ikinci yerə (+ 2−1 = 6) çıxdı. Beləcə, yeni zirvə reytinqinə və 2788 xal ilə iyul siyahısında 4-cü sıraya yüksəldi. Tal Memorial Rd9 – Carlsen takes title in record event Chessbase.com 2012-06-19. Retrieved 28 December 2015. Rəcəbov həmçinin 2012-ci ildə İstanbul Türkiyə 2012 Olimpiadasında ilk lövhə olaraq yarışdı. Nəticədə, reytinqini 2788 xaldan indiyə qədərki ən yüksək xal olan 2793 xala yüksəltdi və birinci lövhədə ikinci ən yüksək performansı qazandı. Rəcəbov 17 oktyabrda Avropa Şahmat Klubu Çempionatında birinci lövhədə oynayaraq, SOCAR komandasını qələbəyə apardı və yenidən lövhəsində ikinci ən yüksək göstəricisini əldə etdi.

- 2013-ci ildə Rəcəbov 2013-cü il martın 15-dən aprelin 1-dək Londonda baş tutan Namizədlər Turnirində iştirak etdi. Turniri + 1−7 = 6 xal ilə bitirdi.

O, Azərbaycan komandasının tərkibində 2013-cü ilin noyabrında Polşanın paytaxtı Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal qazandı. Turniri 4½/8 xal (+ 1−0 = 7) ilə tamamladı.

- 2014-ci ildə Rəcəbov mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə təşkil edilən Şəmkir turnirində iştirak etdi. O, 5/10 nəticə göstərərək Karlsen və Karuananın ardından üçüncü oldu. Bu turnirdə o öz reytinqinə 11 xal əlavə etdi. Rəcəbov turnirdəki fərdi oyununda Maqnus Karlseni məğlub etmişdi.

-2015 -ci ildə Racəbov Veyk-an-Zee turnirində iştirak edərək 6/13 xalla 14 şahmatçı içərisində 8-ci yeri tutdu. Elə həmin il Karlsen və İan Nepomniaçtçinin ardından Rapid Şahmat Dünya Çempionatında bürünc medal qazandı.

- 2016-cı ildə Rəcəbov heç bir naliyyət qazanmadığı Vüqar Həşimovun xatirəsinə Şəmkir çempionatı, Avropa Klublar Kuboku, Dünya Blits və Rapid çempionatı və Şahmat Olimpiadası kimi çoxsaylı turnirlərdə iştirak etdi.

- 2017-ci ildə Aprel ayında Rəcəbov illik Şəmkir Şahmat turnirində yarışdı və 10 oyunçu içərisində 8-ci yerin sahibi oldu.

O, 2017 FİDE Qran Prisində iştirak etdi. May ayında 18 şahmatçının iştirak etdiyi Moskva turunda 4-cü yeri tutdu. İyul ayında Cenevrə turunda 6/9 xal toplamaqla turnirin qalibi oldu. Üç turnirinin finalında 5/9 xal topladı. Bu, onu ümumi Qran Pri reytinqində üçüncü yerə qoydu, yəni o, 2018 Namizədlər Turnirində iştirak etməkdən məhrum oldu; final turnirində əlavə 0,5 xal toplasaydı Qran Pridə ilk iki pillədə yer alaraq, Namizədlər Turnirində iştirak edə biləcəkdi.

2017-ci ilin sentyabr ayında FİDE-nin reytinqində o, 19-cu sıradaydı. Bu, 2015-ci ilin oktyabrından bəri ilk dəfə idi ki, Rəcəbov siyahıda ilk 20-yə daxil ola bilirdi. Növbəti ay o, 17-ci pillədə qərarlaşdı; bu onun dörd il içərisindəki ən yüksək reytinqidi idi. Noyabr ayında Rəcəbov Azərbaycan yığması ilə Avropa Komanda Şahmat Çempionatında qızıl medal qazandı və fərdi olaraq gümüş medal qazandı.

 - 2018-ci ilin aprel ayında Rəcəbov Şəmkir Beynəlxalq Şahmat Turniri beşinci yarışında iştirak etdi və 4,5/9 xalla (+ 0-0 = = 9) yeddinci oldu. May ayında FİDE dünya reytinqində 3 reytinq xalı qazandı və 16-cı sıraya yüksəldi. Bu, onun 5 il ərzində topladığı ən yüksək reytinq idi.

Batumidə keçirilən 43-cü Şahmat Olimpiadasında Rəcəbov Azərbaycan komandasında oynadı və Uesli So üzərində + 6-0 = 4 kimi üstün bir hesab ilə qalib gəldi. Azərbaycan komandası turniri 15-ci yerdə başa vurdu. Rəcəbov isə fərdi olaraq bürünc medal qazandı. Bundan əlavə, 6 reytinq xalı qazanaraq dünya reytinqində 14-cü yerə yüksəldi.

- 2019-ci ildəVeyk-an-Zee turnirində Sam Şakland və Teymur Rəcəbov arasındakı oyun
Yanvar ayında Rəcəbov Veyk-an-Zee turnirində iştirak etdi və 6,5 xal (+ 1-1 = 11) toplayaraq 7-ci oldu. Apreldə isə o, Şəmkir Beynəlxalq Şahmat Turnirində 6-cı dəfə oynadı və artıq o dünya reytinqində 12-ci sıraya yüksələ bilmişdi.

May ayında Teymur Rəcəbov 2019 FİDE Qran Prisində - 2020 Dünya Şahmat Çempionatının seçmə mərhələsində iştirak etdi. O, Amerikalı qrossmeyster Hikaru Nakamura tərəfindən Moskva Qran Prisinin birinci mərhələsində tay-brekdə məğlub edildi.

İyul ayında Teymur Dortmund Sparkassen Şahmat Turnirində oynadı və 4 xalla digər şahmatçılarla 2-5-ci yerləri bölüşdü.

- 3 yanvar 2021-ci ildə, Rəcəbov chess24.com saytı üzərindən şahmatın rapid növzü üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin qalibi olmuşdur. Play-off mərhələlərində Yan Nepomnyaşşiy və Danil Dubova qalib gələn Teymur finalda Ermənistan təmsilçisi Levon Aronyanı da üstələməyi bacarıb. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz, ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov üç görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edərək (2:1) çempion tituluna yiyələnib. Dördüncü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.

FİDE Dünya Kuboku
9 sentyabrdan 4 oktyabra qədər Rusiyanın Xantı-Mansi şəhərində keçirilən Dünya Kuboku yarışına qatıldı. Burada ilk olaraq Farer Adaları təmsilçisi Ziska Helgi Damı (2533 ELO) üstələdi. Sonrakı mərhələdə Sənan Sjugirova (2662 ELO) tay-brekin ikinci rapid partiyasında, on altıda bir finalda Danil Yuffaya (2577 ELO) qalib gəldi, Səkkizdə bir finalda isə Şəhriyar Məmmədyarovu (2767 ELO) teybrekin dördüncü partiyasında mübarizədən kənarlaşdırdı, Dörddə bir finalda ABŞ-ı təmsil edən Ceferi Xionqa (2707 ELO)  ikinci klaasik partiyada, yarım finalda Maksim Vaşer-Laqrava (2774 ELO) yenə ikinci klassik partiyada qalib gələrək finala çıxdı. Teymur bu qələbə sayəsində həm də 2020-ci ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə qazandı. Bundan əvvəl o sonuncu dəfə 2013-cu il Londondakı Namizədlər Turnirində iştirak etmişdi. Finalda isə Dinq Lirenlə (2811 ELO) dörd klassik partiya oynanıldı. İlk klassik partiya heç-heçə sona çatdı. İkinci partiyadan Dinq Liren qalib ayrıldı. Üçüncü partiyada isə Teymur ağ fiqurlarla revanş almağı bacardı. Dördüncü klassik partiya heç-heçə nəticələndiyindən (ümumi hesab 2:2) tay-brek oynanıldı. İlk dörd rapid partiya (25+10 və 10+10 vaxt nəzarətli) heç-heçə ilə sona çatdı. Ardından iki blits partiyası keçirildi və  Teymur hər iki pratiyada qalib gələrək (ümumi hesab 6:4) Azərbaycan şahmat tarixində ilk dəfə olaraq Dünya Kubokunun sahibi oldu. Turnirdən sonra FİDE rəsmi instaqram səhifəsində azarkeşlərin səsverməsinə əsasən Teymur Rəcəbov və Maksim Vaşer-Laqrav arasında keçirlimiş ikinci oyunu Dünya Kubokunun dörddə bir və yarımfinallarının ən yaxşı oyunu olduğunu elan etdi.

Murad Abdullayev
Profil.az

ads