ads

Texno

15 Noyabr

Huawei Android proqramlarından dəstəyi kəsir!

Bir zamanlar smartfon dünyasının ən yaxşı adlarından biri olan Huawei indi Google ilə yaşadığı problemə görə çətinlik çəkir. Bu səbəbdən yeni əməliyyat sistemi HarmonyOS-u təqdim edən şirkət diqqətçəkən iddiaları ilə gündəmə gəlib. Şayiələrə görə, Huawei HarmonyOS Next versiyası ilə Android ilə tamamilə vidalaşacaq.

Profil.az xarici mətbuata istinadən xəbər verir ki, Huawei, HarmonyOS Next ilə öz əməliyyat sistemini quraşdıracaq!
ABŞ və Çin arasında uzun müddətdir davam edən müharibə var. Bu ticarət müharibəsi texnologiya şirkətlərinə çox təsir etdi. Ən çox təsirlənən şirkət Huawei oldu. Bunun üzərinə şirkətin Google-dan ayrılması böyük bir hadisə oldu.

Bütün bu problemlərlə Google-un Play Store kimi xidmətlərindən istifadə edə bilməyən Huawei, yeni HarmonyOS əməliyyat sistemini təqdim etdi. Öz əməliyyat sistemi adı ilə HarmonyOS təklif edən Huaewi, bu sistemin Android əsaslı olmadığını bildirir. Amma tam olaraq belə deyil.

Bunun səbəbi HarmonyOS-un Android sisteminin bir hissəsi olan və proqramların quraşdırılmasını təmin edən APK genişləndirmə fayllarını işlədə bilməsidir. Ancaq bu gün ortaya çıxan xəbərlər bu vəziyyətin tezliklə dəyişəcəyini göstərir. İddialara görə, Huawei HarmonyOS Next versiyası ilə Android xidmətlərindən tamamilə ayrılacaq.

Şirkət bu ilin əvvəlində konfrans keçirdi. Bu konfransda o, “HarmonyOS Next” adlandırdığı əməliyyat sistemindən danışdı. Bundan başqa o, yeni versiya ilə bağlı hər hansı təfərrüat açıqlamayıb. Bununla belə, iddialar göstərir ki, yeni versiya Android xidmətlərini daxil etməyəcək bir əməliyyat sistemi ola bilər.

Bu iddiaların ən böyük sübutu bir neçə ay əvvəl ortaya çıxdı. HarmonyOS Next haqqında bəzi demo videolar Çinin sosial media platforması Weibo-da paylaşılıb. Videolarda əməliyyat sisteminin artıq APK fayllarını işlətmədiyi görülüb. Bu, Huawei-nin HarmonyOS Next ilə müstəqil əməliyyat sistemi təqdim etməyə çalışdığını göstərir.

Murad Abdullayev
Profil.az

ads