Profil.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzzada əvvəllər Fələstinin əlində olan əsas hökumət obyektlərinə nəzarəti ələ keçirib. Məlumata görə, HƏMAS-ın qanunvericilik və hökumət binaları, polis məntəqələri və qubernatorun iqamətgahı ələ keçirilib. Bundan sonra İsrail hərbçiləri hərbi əməliyyatlara dörd saatlıq fasilə elan edərək mülki şəxslərə şəhəri tərk etmək imkanı verib. Bununla belə, Həmas yaraqlıları döyüş meydanındakı vəziyyətə nəzarət etdiklərini iddia edərək, “döyüşün yeni başladığını” vurğulayırlar.
Murad Abdullayev
Profil.az