Rusiyada Türkiyənin Troy ödəmə sistemi vasitəsilə mağazalarda virtual kartlarla ödəniş etməyə imkan verən tətbiqə ilk üç ayda 30 min aktiv istifadəçinin qeydiyyatdan keçdiyi və indiyədək 250 milyon rubl ödənildiyi bildirilib.
Profil.az xarici mətbuata istinadən xəbər verir ki, “Kommersant”ın xəbərinə görə, bunun Türkiyəyə gedən rus turistlərin ümumi sayı ilə müqayisədə aşağı rəqəm olduğu qeyd edilsə də, tətbiqin qurucuları 2024-cü ilin sonuna qədər istifadəçi sayının 500 mini keçəcəyini proqnozlaşdırırlar.
Mütəxəssislər bildirirlər ki, Rusiya vətəndaşlarının nağd puldan istifadə alternativləri və Rusiya banklarının qismən faydalı kartları səbəbindən Türkiyə kartlarına hələ də nəzərəçarpacaq tələbat yoxdur.
Bildirilib ki, tətbiq vasitəsilə həyata keçirilən əməliyyatların 61 faizi bankomatdan pul çıxarılması, 38 faizi isə mağaza və yeməkxanalarda aparılan ödənişlər olub.
Troya kartı nədir və harada istifadə olunur?
Türkiyədə texnologiyası inkişaf etdirilən yerli kart TROY-a maraq son zamanlar daha da artıb.2015-ci ildə Banklararası Kart Mərkəzi (BKM) bir araya gələrək yerli TROY kart sxemini qurdu. Türkiyənin Ödəniş Metodu TROY 2016-cı ildə fəaliyyətə başlayıb.
2020-ci ildə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) BKM-nin nəzarət səhmdarına çevrilməsindən sonra TROY səyləri sürətlənib. Bu il qüvvəyə minən yayma strategiyası ilə TROY həm kartların istifadəsində, həm də sayında sürətlə böyüdü.
TROY loqosu olan təxminən 19 milyon kart var. TROY kart sistemləri sahəsində ən müasir texnologiyaları dəstəkləyir.
2023-cü ilin oktyabr ayından etibarən TROY-un bank və elektron pul təşkilatı olaraq 55 üzvü var və TROY loqosu olan kartlar ölkə daxilində bütün ATM, POS və e-ticarət əməliyyatlarında istifadə edilə bilər. TROY kartları ilə bankların müqavilə bağladığı iş yerlərində taksit edib, xal qazana və bankların həyata keçirdiyi loyallıq proqramlarından yararlana bilərsiniz.
Xaricdə və kartın arxasındakı beynəlxalq kart sxemlərinin loqolarının etibarlı olduğu yerlərdə istifadə oluna bilən TROY kartını banklara və elektron pul qurumlarına müraciət etməklə əldə etmək olar.
Murad Abdullayev
Profil.az