ads

Avto

15 Noyabr

General Motors 2028-ci ildən F1-ə mühərrik istehsalçısı kimi qoşulacaq!

Avtomobil nəhəngi GM qısa müddətdə Cadillac markası ilə Formula 1-ə girməyi və Andretti Cadillac ilə idmanda 11-ci komanda olmağı hədəfləyir.

Profil.az xarici mətbuata istinadən xəbər verir ki, Andretti layihəsi üçün FIA-dan təsdiq alınıb, lakin FOM-un qərarı hazırda gözlənilir; FOM isə kommersiya gəlirlərinin bir hissəsini itirməkdən qorxan 10 komandanın müqaviməti ilə üzləşir.

Andretti və GM rəhbərlərinin bu həftə sonu Las Vegas Qran Prisinə qatılaraq, yeni komandanın 2025-ci ildə seriyaya daxil olmağı hədəfləyərək, təsdiq üçün FOM-u lobbi etmələri gözlənilir.

Andrettinin əvvəlcə Alpine ilə mühərrik tədarükü müqaviləsi bağlayacağı gözlənilsə də, GM 2028-ci il mövsümü üçün öz F1 güc qurğusunu istehsal etmək qərarına gəldi.

Bu qərarı FİA-ya bildirən General Motors 2028-ci il mövsümü üçün qeydiyyatdan keçib.

GM-in prezidenti Mark Reuss dedi: "Biz çox şadıq ki, bizim Andretti Cadillac F1 GM güc bloku ilə canlanacaq".

"Dərin mühəndislik və yarış təcrübəmizlə, seriya üçün uğurlu güc bloku hazırlayacağımıza və Andretti Cadillac-ı əsl zavod komandası kimi yerləşdirəcəyimizə əminik."

Bu arada GM artıq mühərrik işlərinə başlayıb. Chevrolet və Cadillac kimi markaların sahibi olan dünyaca məşhur şirkət F1 mühərriki üçün tələb olunan məsələləri anlamaq üçün artıq “prototip texnologiyası” hazırlayıb. Bu mövzulara hibrid komponentlər, elektrik hissələri, Formula 1-in istifadə edəcəyi bərpa olunan yanacaqlar, mühərrikin yüksək səmərəliliyi və güc blokunun davamlılığı daxildir.

Əgər Andretti FOM-dan yaşıl işıq yandırmasa, GM-in F1-dəki marağından əl çəkməsi tamamilə mümkündür.

Murad Abdullayev
Profil.az

ads