ads

Kult

15 Noyabr

Bu gün Salam Qədirzadənin anım günüdür

Bu gün görkəmli yazıçı, dramaturq, jurnalist Salam Qədirzadənin (1923–1987) vəfat etdiyi gündür. Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” və s. romanları bir zamanlar gənclərin masaüstü kitabına çevrilmişdi. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu. Ədibin son kitabı “Hər gün ömürdən gedir” adlandırdı. Lakin bu kitabı görmək ona qismət olmamışdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!

Murad Abdullayev
​Profil.az

ads