Əməkdar artist Ruhəngiz Allahverdiyeva hazırladığı güzgüləri 300 manata satışa çıxarıb.
Profil.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər paylaşım edib. O bildirib ki, müğənninin əl işi olan güzgüləri satmaq istəyib, amma qiymətinə görə alan olmayıb.
"Niyə 1 manata verim? 300 manatdır. Onun üzərindəki aksessuarların qiymətini bilirsiniz? 300 manatdan ucuz satmaram. Azərbaycanın gözəl sənətkarı Aygün Kazımova onu alıb. Mənim güzgülərim onda qoşa qoşadır" deyə, Ruhəngiz əlavə edib.