ads

Əyləncə

16 Noyabr

Orxan Zeynallı "Altın Kelebek"dən imtina edib

Reper Orxan Zeynallı (Aid) "Altın Kelebek" mükafatlandırma mərasimində ödül almaqdan imtina edib.

Profil.az xəbər verir ki, sənətçiyə mükafatalandırılma mərasimində "Azərbaycanın parlayan ulduzu" nominasiyasında ödül almağı təklif edilib.

Lakin Orxan bu təklifi geri çevirib.

Qeyd edək ki, bu il ödül mərasimində aktrisa və aparıcı Kəmalə Piriyeva, "Avroviziya" təmsilçimiz Samirə Əfəndi və influenser Nəcibə Əhmədidir (Nadjiba) mükafat alacaq.

Onu da xatırladaq ki, mükafatlandırma mərasimi dekabrın 3-də İstanbulda baş tutacaq.

ads