ads

Biznes

16 Noyabr

İsrail bankları rusların hesablarını məhdudlaşdırmağa başlayıb

 İsrail bankları hətta İsrail pasportu ilə də Rusiya Federasiyası vətəndaşlarının qiymətli kağız hesabları üzrə əməliyyatları məhdudlaşdırmağa başlayıblar . Bu barədə “SmartGen Ltd” beynəlxalq maliyyə şirkətinin təsisçisi Mark Oiqman RBC- yə bildirib.

Profil.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Belçikanın Euroclear depozitarının sifarişindən sonra İsrailin ən böyük bankları hesabları ayırmağa başlayıb.

"Onlar ruslara və Rusiyadan olan vergi rezidentlərinə məxsus hesabları ayırmağa başlayıblar" deyə Oiqman bildirib.

İsrail Vəkillər Kollegiyasının prezidenti Eli Gerwitz də RBC-yə depozitarın sərəncamının noyabrın 13-də qüvvəyə mindiyini təsdiqləyib. Oiqman xəbərdarlıq etdi ki, Lüksemburqdan Clearstream  də blokadalara qoşula bilər .

Bundan əvvəl İsrail bankının son iki ildə ilk dəfə valyuta bazarına müdaxilə etmək qərarına gəldiyi bildirilib .

Murad Abdullayev
​Profil.az

ads