Pratt Miller Motorsports tərəfindən dünən paylaşılan görüntülərdə Corvette-nin 2024 IMSA WeatherTech çempionatına hazırlaşdığını görmək fürsətimiz oldu. Adının sinonimi olan sarı örtüyü ilə traslara qayıdan model gələn il Amerikada yarışacaq.
Profil.az xarici mətbuata istinadən xəbər verir ki, 2024 Z06 GT3.R ilə Corvette Racing-də pərdə arxasında da əhəmiyyətli dəyişikliklər olacaq. Mövsümün sonunda dayandırılan Corvette Racing proqramı 2024-cü ildən etibarən Pratt Millerin proqramı ilə əvəz olunacaq. Bununla belə, Z06 GT3.R yenidən GTD Pro-da tanış sürücülər siyahısı ilə yarışacaq: Nicky Catsburg, Antonio Garcia, Tommy Milner və Alexander Sims.
Rəsmi açıqlamaya görə, Pratt Miller Motorsports-un Corvette Racing komandası fabrikdən dəstək almağa davam edəcək. Amma komanda ilə Chevy arasında ünsiyyət əvvəlki illərdəkindən daha az olacaq. Bu kommunikasiya boşluğunun gələcəkdə yarış vasitəsi ilə yol versiyası arasındakı əlaqəyə təsirlərini görə biləcəyik. Z06 GT3.R birbaşa Z06-nın 5,5 litrlik V8 mühərrikindən istifadə etməyə davam edir.
Murad Abdullayev
Profil.az