Gerqiyev 2013-cü ildən Böyük Teatra rəhbərlik edən Vladimir Urinin vəzifəsini icra edəcək . Urin öz istəyi ilə vəzifəsini tərk etmək qərarına gəlib.
Profil.az xarici mətbuata istinadən xəbər verir ki, Mash Telegram kanalının məlumatına görə, dirijor bu ilin sonuna qədər yeni vəzifəyə başlayacaq . İki teatrın direktorluğu birləşdiriləcək və Gergiev bir anda iki mədəniyyət müəssisəsinin rəhbəri olacaq.
2023-cü ilin mayında Rusiya Prezidenti Vladimir Putin Dövlət Akademik Mariinski Teatrının direktoruna II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Mükafat Gergiyevə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə verilib.
Murad Abdullayev
Profil.az