ads

Əyləncə

16 Noyabr

Atasının sözləri Elvini kövrəltdi

Atası Elman Abdullayev müğənni Elvin Abdullayevlə bağlı açıqlama verib.

Profil.az verir ki, sənətçi "Xəzər axşamı" proqramında danışan E.Abdullayev övladının sənətə gəlməsindən danışıb:

"Mədəniyyət sarayına gedirdim, ansambllarda, konsertlərdə olurdum. Sonra musiqidən əl çəkdim. Kasıbçılıq idi, bilmirdim musiqiyə gedim, yoxsa ailə dolandırım. Sənəti davam etdirsəydim, işə getməməliydim. Sonra sarayın rəhbərinə dedim ki, oğlumun səsi var, o, oxuyur. İşdən qaçırdım, gedib onu aparırdım. Müdir deyirdi ki, bəsdir. Cavab verirdim ki, oğlumdan ötrü hər şeydən keçərəm. İndi oğlum istədiyim yerdədir. Şükür Allahıma, ondan razıyam. Hazırda dializ xəstəsiyəm, hər şeyimi Elvin ödəyir".

Atasının sözləri Elvini kövrəldib. O, "Atam, övladlarımla bağlı nəsə eşidəndə kövrəlirəm" deyə, söyləyib.

ads