ads

Avto

16 Noyabr

Tanınmış avto-bloqer öz avtomobili ilə Avropa səyahətində! - FOTO

Ölkəmizin məşhur avtomobil fotoqraf və bloqeri Əflatun Əfəndiyev öz “Geely Coolray” modeli ilə Avropa turuna çıxıb.

Əflatun səyahətlə bağlı təəssüratlarını bizimlə bölüşüb:

 “Fotoqraf kimi bir çox sahədə çalışmaq imkanım olur, amma mən daim avtomobillərlə çalışmağa üstünlük verirəm. Bunun əsas səbəbi avtomobillərə olan xüsusi sevgimdir. Mənim üçün bir avtomobil A nöqtəsindən B nöqtəsinə çatmaq üçün vasitə yox, məhz yol yoldaşı və dostdur. Uzun müddət idi ki, Avropa turuna çıxmaq istəyirdim elə yeni avtomobilə sahib olmuşkən bu arzumu reallaşdırmaq qərarına gəldim.

Bu səyahətdə getmək istədiyim yerlər çox idi amma ən əsas hədəfim İsveçrədə yerləşən idi “Furka pass” adlı nöqtəyə çatmaq idi. Sözsüz ki, Avropada bir çox maraqlı muzeylər var. Əksər turistlər üçün də həmin muzeylər ciddi marağa səbəb olur. Mənim üçün isə eyni əhəmiyyəti məhz “Furka pass” daşıyırdı. Məhz bu nöqtədə və onun ətrafındakı qıvrımlı, dağətəyi yollarda öz avtomobilimi idarə etmək istəyirdim. Hər hansı bir avtomobil yox məhz öz avtomobilimi. Nəhayət o gün gəlib çatdı, mən bunu da bacardım. Həmişə sosial mediada gördüyüm həmin nöqtəyə sonda öz avtomobilimlə gedə bildim. Bu yollardan başqa bütün avtomobil muzeylərini gəzmək istəyirdim. Səyahətimi də elə planlamışdım ki, hər yolun sonunda hansısa bir avtomobil muzeyi olsun. İlk olaraq “Pagani” muzeyi sonra isə “Ferrari”, “Porsche”, “BMW” muzeylərini gəzdim. Həqiqətən də hər biri digərindən möhtəşəm idi. Növbəti hədəfim, Almaniyada yerləşən məşhur avtomobil treki “Nürburgring” olacaq. Buraya avtomobil həvəskarları üçün ən mühüm yerlərdən biri sayılır. Sonda isə bu səyahətimin gerçəkləşməsi üçün mənə dəstək olan “Geely Azərbaycan”a öz təşəkkürümü bildirirəm!”

Əflatun Avropa turunda öz şəxsi avtomobili ilə 10 min kilometrdən çox yol qət edib. Türkiyə, Yunanıstan, Gürcüstan, İtaliya, Fransa, İsveçrə, Almaniya, Avstriya, Macarıstan və daha bir neçə Avropa ölkəsini gəzib. Hətta bir oturuşa 1200 kilometrdən çox yol qət etdiyini də söyləyib.

Profil.az xəbər verir ki, Əflatun Əfəndiyev səyahətdən görüntüləri öz sosial media hesablarında paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
ads