ads

Turizm

16 Noyabr

Rəqəmsal Şengen vizası üçün mühüm xəbər!

Texniki araşdırmalar tamamlandıqdan sonra qərarın AB-nin Rəsmi Jurnalında dərc olunması və 20 gün sonra qüvvəyə minməsi gözlənilir. Qanun layihəsinə əsasən, Şengen vizası üçün müraciətlər onlayn, vizalar isə rəqəmsal şəkildə veriləcək.

Profil.az xarici mətbuata istinadən xəbər verir ki, AB Şurasında iclaslara sədrlik edən İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Qomez verdiyi açıqlamada yeni qərarın həm Aİ vətəndaşları, həm də Şengen bölgəsinə gəlmək istəyən turistlər üçün böyük rahatlıq yaradacağını bildirib.

Qomez, “AB viza platforması qurulacaq. Bir neçə istisna olmaqla, Şengen vizası prosedurları bu platformada həyata keçiriləcək. Bu platformada müvafiq tərəflərin məlumat və sənədləri mövcud olacaq və viza rüsumu ödənişləri həyata keçirilə bilər.

Bir şəxs yalnız ilk dəfə konsulluğa gedəcək və sistemdə qeydiyyatda deyilsə, o zaman rəqəmsal platformada müraciət edə biləcək. “Mövcud viza etiketləri rəqəmsal ştrix-kod sistemi ilə əvəz olunacaq.

Murad Abdullayev
​Profil.az

ads