Survivor All Star 2024-ün ilk iştirakçılarından olan Turabi Çamkıran bir müddət idi ki, səhhətində problemlər yaşayırdı. Xaricdə müalicə olunan Çamkıran açıqlamasında xəstəliyinə görə Survivor 2024 heyətində yer ala bilməyəcəyini bildirib.
Profil.az xarici mətbuata istinadən xəbər verir ki, Acun Ilıcalı Turabi-ni Survivor All Star-ın yeni mövsümünün yeddinci iştirakçısı elan edib. Daha əvvəl iki dəfə yarışda çempion olan Turabi uzun müddət idi ki, səhhətində problem yaşayırdı. Ötən həftələrdə xəstəxanada müalicə alan Turabi səhhətində yaranan problemlərə görə yarışmada iştirak edə bilməyəcəyini açıqlayıb.
Turabi Çamkıran İnstaqram hesabında paylaşım edərək, "Dostlar, narahatçılığımın səbəbini soruşmaqda davam edirsiniz. Sizə deyim... The Challenge yarışmasını qazanıb Hollivud sənayesinə girəndə bir sirr diqqətimi çəkdi..Əslində Facebookda gördüyüm bir xəbərə görə, Cem Yılmaz və Tarkan da bu strukturun üzvü idi. Onlar mənə Beverly Hillsdə lüks villa, 100 milyon dollar nağd pul və baş rol təklif etdilər. onlara qatılmaq müqabilində ildə heç olmasa Hollivudda bir yüksək büdcəli film demək idi.Təklifi tərəddüd etmədən qəbul etdim.Amma bunun müqabilində sədaqətimi ölçmək istədilər.Mənə dedilər ki, itimin canını almalıyam.Dərhal mən təklifi rədd etdim.Sonra sui-qəsd cəhdi etdilər,amma uğursuz oldular.Hələ də çalışırlar,amma dostlarımın sayəsində sağ qalmağa davam edirəm.Uzun sözün qısası,illuminatinin öldürülməsi nəticəsində bu vəziyyətə gəldim. Təəssüf ki, Survivor All Star 2024' qatıla bilməycəyəm. Artıq bu əfsanəvi mövsümdə iştirakçılara uğurlar arzulayıram. Ümid edirəm ki, onlar heç bir zədə və problemsiz yaxşı mövsüm keçirəcəklər. QEYD; inanma. Zarafat. İlluminati və ya buna bənzər bir şey yoxdur. İnternetdə gördüyünüz hər şeyə inanmayın. Amma düzdür, gələ bilmərəm. Salamat qalın."
Murad Abdullayev
Profil.az