Polat ailəsi Anadolu Respublika Baş Prokurorluğu tərəfindən “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması və Futbolda mərc və şans oyunlarının tənzimlənməsi və Digər İdman Yarışları” cinayətiylə ittiham olunur. Şübhəli şəxslər Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Profil.az “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində ümumilikdə 24 şübhəli şəxs saxlanılıb və onlardan 18 şübhəli şəxs polis əməliyyatları tamamlandıqdan sonra Anadolu Ədliyyəsinə göndərilib. Ümumilikdə 19 saat davam edən prosesdən sonra aralarında Engin Polat, Dilan Polat, Sıla Doğu, Sezgin Polat, Ahmet Gün, Can Doğu və Can Polatın da olduğu 18 şübhəlidən 12-si həbs edilib, 6 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
İstintaq çərçivəsində ədliyyəyə cəlb edilən daha iki şübhəli həbs edilib. Beləliklə, istintaq çərçivəsində 14 nəfər saxlanılıb, 9 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Sevinc Bağırlı
Profil.az