B12 vitamini, sinir sistemi və qan hüceyrələrinin sağlamlığını təmin edir. Əzələlərə və orqanlara oksigen verir, metobalizmanı qaydasına salır. Bağırsaqlarımızdakı bakteriyalar tərəfindən istehsal olunan bu vitamin demək olar ki, qırmızı qan hüceyrələrinin yaranması üçün də böyük əhəmiyyətə malikdir. Lakin B12-nin bağırsaqlarımız tərəfindən sorulması üçün sağlam bağırsaq sisteminə sahib olmalıyıq.
B12 vitamini çatışmazlığının əlamətləri
B12 vitamini çatışmazlığının əlamətləri yeriş pozğunluğu, zəiflik, tənəffüs çatışmazlığı, xroniki yorğunluq, depressiya, narahatlıq, həzm pozğunluğu, baş gicəllənməsi, yuxululuq halı, qaraciyər böyüməsi, göz pozğunluqları, hallüsinasiya, baş ağrıları, dil infeksiyası, balans problemi, yaddaş itkisi, sinir böhranları, ürək döyüntüsü, anemiya, qulaqlarda cingilti, onurğa beyninin zədələnməsi, qəbizlik, kilo itkisi olaraq qeyd edə bilərik. Vitamin B12 mənbəyi qidalar
Vitamin B12 mənbəyi qidalar;Süd və süd məhsulları,göbələk,yumurta,qırmızı ət,balıq,çərəz,qara ciyər,böyrək,lobya,noxud,brokoli və.s kimi qidalardan B12 vitaminini ala bilərik.
Vitamin B12 seviyyəsi ən yüksək olan yeganə bitki qöbələkdir. Elə ki, günlük bir boşqab göbələk yeyərək B12 çatışmazlığından xilas olmaq mümkündür.
Tərkibində B12 vitamini olan qidalar arasında sardina, skumbriya, qızılbalıq, ton balığı, alabalıq və mavi balıq əhəmiyyətli yer tutur. Bu qidaların istehlakı omeqa 3 qəbulu üçün də tövsiyə olunur. 100 qram təzə ton balığı gündəlik B12 vitamin ehtiyacımızın 160%-ni qarşılarkən, konservləşdirilmiş ton balığı da əhəmiyyətli miqdarda B12 ehtiva edir.
Xüsusilə dana və quzu ətində yüksək miqdarda B12 mövcutdur. Təxminən 95 qram yağsız ət istehlak edərək gündəlik B12 ehtiyacımızı təmin edə bilərik.
Yumurta B12 mənbəyi olan heyvan mənşəli qidalar arasında ilk sırada iştirak edir. İki böyük yumurta gündəlik B12 ehtiyacımızın 22%-ni və B2 ehtiyacımızın 28%-ni qarşılayır.
Profil.az TRT Azərbaycana istinadən təqdim edir.
Sevinc Bağırlı
Profil.Az