ads

Politik

20 Noyabr

Argentinalı Tramp seçkidə qalib gəldi

Argentinada dünən prezident seçkilərinin ikinci turu seçildi. 

Profil.az "CNN TÜRK"ə istinadən xəbər verir ki, tez-tez ABŞ-ın keçmiş prezidenti Donald Trampla müqayisə edilən və seçki kampaniyalarına zəncirlə qatılan ifrat sağçı ekstremist Xavyer Milei qalib gəlib. Milei ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ilə müqayisə edilib. Tramp Mileyi təbrik etdi və onun öz seçki şüarına istinad edərək, “Argentinanı yenidən möhtəşəm edəcəyini” söylədi.

Hakim Peronist Partiyasının namizədi olan Massa ilk nəticələr açıqlandıqdan sonra La Libertad Avanza (Azadlıq İnkişafı) Partiyasının namizədi Mileiyə zəng edərək onu təbrik edib.

Seçkilərdə qələbə qazandıqdan sonra paytaxt Buenos-Ayresdə tərəfdarlarına müraciət edən Milei, "Bu gün Argentinanın yenidən qurulması başlayır. Bu gün Argentinanın tənəzzülü başa çatır. Çöküş modeli sona çatdı. Geriyə dönüş yoxdur" dedi. əlavə etdi:

-"Argentina heç vaxt itirməməli olduğu dünyadakı yerinə qayıdacaq. Biz daha yaxşı bir dünya qurmağa kömək etmək üçün azad dünyanın bütün xalqları ilə çiyin-çiyinə çalışacağıq".

ads