ads

Kult

21 Noyabr

Türkiyənin məşhur serialı “Emmi” mükafatına layiq görülüb

“Yarqı” serialı Beynəlxalq “Emmi” mükafatına layiq görülüb.

Profil.az xəbər verir ki, televiziya sahəsinin nüfuzlu “Emmi” mükafatları növbəti dəfə Nyu Yorkda öz sahiblərinə təqdim olunub.

Qeyd edək ki,  keçirilən təqdimetmə mərasimində 20 ölkədən 14 kateqoriyadan ibarət 56 film təmsil olunub.

Mərasimdə “Ən yaxşı telenovela” nominasiyasında mükafatı Ay Yapım-ın “Yarqı” serialı qazanıb.

Mərasimdə serialın prodüseri Kərəm Çatay, rejissoru Əli Bilgin, ssenari müəllifi Səma Ergenekon və aparıcı aktyorlar Pınar Dəniz və Kaan Urgancıoğlu iştirak edib.

Kanadanın Buffy Saint-Marie sənədli filmi "İncəsənət proqramlaşdırması" üzrə Beynəlxalq “Emmi” Mükafatına layiq görülüb. Müğənninin 60 ildən çox davam edən karyerasını araşdıran sənədli filmin rejissoru kanadalı rejissor Medison Tomas olub.

Mükafatlandırma mərasimində Dipak Çopra Beynəlxalq Emmi Rejissorluq Mükafatını Balaji Telefilms şirkətinin həmtəsisçisi Ektaa R.Kapura təqdim edib.

Mehriban Mirzəzazdə
Profil.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ads