ads

Texno

21 Noyabr

Apple 2027-ci ilə qədər 9 cihazını OLED ekranla təmin edəcək

 Apple şirkəti 2027-ci ilə qədər 9 məhsulunu OLED ekranlarla təmin etməyi planlaşdırır. Profil.Az xəbər verir ki, hal hazırda OLED ekranlar şirkətin Apple Watch smart saatlarında və iPhone (iPhone SE xaric) smartfonlarında istifadə edilir. Yeni məlumata inansaq, Apple artıq gələn il OLED ekranlara sahib olacaq iki ədəd iPad Pro planşetini təqdim edəcək. 2026-cı ildə isə iPad Air və iPad mini planşetlərinin OLED ekranlarla təchiz olunacaqları gözlənilir.
 2027-ci ildə şirkət OLED ekran texnologiyasını 12.9 düym ekranlı iPad Air modelinə inteqrasiya edəcək. Çox güman ki, Apple iPad Pro-da LTPO texnologiyası vasitəsilə hazırlanmış OLED ekranları, iPad Air ilə iPad mini-də isə LTPS texnologiyası vasitəsilə hazırlanmış OLED ekranları istifadə edəcək. Bundan əlavə olaraq gözləntilərə əsasən 2025-ci ildə şirkət 16 düym ekranlı MacBook Pro-nu, 2026-cı ildə isə 14 düym ekranlı MacBook Pro-nu OLED ekran texnologiyasına köçürəcək. 13 və 15 düym ekranlı MacBook Air-in də OLED ekranlara məhz 2026-cı ildə sahib olacaqları güman edilir.
Fidan Abdullayeva
Profil.Az
ads