ads

Kult

21 Noyabr

Türkan Şoraya “Şərəf Ordeni”-ni təqdim edilib

Türkiyənin məşhur aktirisalarından biri olanTürkan Şoraya Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf ordeni” təqdim edilib.

Profil.az xəbər verir ki, noyabrın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə başlayan 1-ci Bişkek Beynəlxalq Film Festivalı çərçivəsində Türkan Şoray Türk Dünyası mədəniyyət və incəsənətinə müstəsna töhfələrinə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf ordeni” ilə təltif edilib.

Qeyd edək ki, TÜRKSOY-un baş katibi Sultan Raev Türkan Şorayı təbrik edib və onun ünvanına xoş ifadələr səsləndirib.

“Türkan Şoray türk kinosunun ən önəmli aktrisalarından biri olmaqla yanaşı, həm də mədəniyyətimizi daim yaşadan və gələcək nəsillərə ötürmək üçün çalışan bir mədəniyyət səfiridir",-deyə S.Raev bildirib.

Mehriban Mirzəzadə

Profil.az

ads