Dünyaca məşhur müğənni Adel bir müddətdir birlikdə olduğu idmançı Riç Polla evləndiyini açıqlayıb.
Profil.az xəbər verir ki, Adel bunu ən yaxın dostu Alan Karrın Los-Ancelesdəki komediya şousunda təsdiqləyib.
Komediya verilişinə qatılan bir tamaşaçı "Bu axşam Los-Ancelesdə Alan Karrın komediya şousunda idim və tamaşaçıların arasında Adel də var idi. Alan Karr bu yaxınlarda kiminsə evləndiyini soruşdu və Adel "Mən evləndim" deyə qışqırdığnı bildirdi.
Digər bir tamaçaşı isə bunun kiçik və səmimi bir verliş olduğunu və Adelin "Mən evləndim" deyə qışqırdığnı söylədi.
Qeyd edək ki, bir müddət öncə onların evlənmələri ilə bağlı şayələr gündəmi zəbt etmişdi.
Mehriban Mirzəzadə
Profil.az