ads

İdman

21 Noyabr

Avro-2024: Xorvatiyanın Ermənistan sınağı

Avro-2024-ün seçmə mərhələsinə bu gün yekun vurulacaq.

Profil.az xəbər verir ki, son gündə B, D və İ qruplarında X turun oyunları keçiriləcək.

D qrupunda yer alan xorvatlar doğma məkanda Ermənistanı məğlub edərsə, Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanacaq. Lakin bu komandanın büdrəməsi və Uelsin Türkiyə üzərində qələbəsi britaniyalıların önünü açacaq.

Avro-2024, seçmə mərhələ

X tur

21 noyabr

B qrupu

23:45. Cəbəllütariq – Niderland

23:45. Yunanıstan – Fransa

Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq - 0.

D qrupu

23:45. Xorvatiya – Ermənistan

23:45. Uels – Türkiyə

Xal durumu: Türkiyə - 16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya - 3.

İ qrupu

23:45. Andorra – İsrail

23:45. Kosovo – Belarus

23:45. Rumıniya – İsveçrə

Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.

ads