Angelina Jolie və Brad Pitt-in oğlu Pax 3 il əvvəl İnstaqramda paylaşdığı postla gündəmə gəlib.
Profil.az xəbər verir ki, onun Atalar günündə atası haqqında yazdığı şərh gündəmə öz damğasını vurub.
Belə ki, Pax, instaqram hesabında atasını pis insan adlandıraraq, onun ünvanına xoşşagəlməz sözlər deyib.
“ Bu pis adamın atalar gününü təbrik edirəm. Qorxunc və alçaq biri olduğunu dəfələrlə isbat etdin”, -deyə o qeyd edib.
Mehriban Mirzəzadə
Profil.az